Aperin 18-i Nizami Kino Mərkəzində “Babək 2020” filminin ikinci “teaser” təqdimatı keçirildi. Film “Azərbaycan Film Akademiyası” tərəfindən istehsal edilir.
Filmin quruluşçu rejissoru , kinorejissor, sosial psixoloq Zaur Tahirsoy bildirib ki
SSRİ zamanında lentə alınan filmdə mərhum Heydər Əliyevin əvəzolunmaz rolu olmuşdur. “Babək 2020” filmini çəkməkdə əsas məqsədimiz Ulu Öndər Heydər Əliyevin mədəni mirasını gənc nəsilə çatdırmaqdır. Çünki klassik Babək filmi müasir gənclərin tələblərinə cavab vermir. Eyni zamanda “Made in Azerbaijan” brendini film sahəsində də yaratmaqdır. “Babək 2020” filmi qrafikayla qüvvətləndirilməsiylə yanaşı, ssenarisi Müstəqil Azərbaycan dövlətinin idealogiyasını özündə əks etdirəcək. Filmdə geyim rəssamı əməkdar incəsənət xadimi, modelyer Fəxriyyə Xələfova, Art direktoru Türkiyədə “Diriliş Ertuğrul” “Birleşen gönüller”, “Göçebe” və bir çox tarixi filmlərdə quruluşçu rəssam kimi fəaliyyət göstərmiş Mustafa Ziya Ülkenciler olacaq. Epik janrında olan “Babək 2020” filminin döyüş səhnələrini Qazaxstanın “NOMAD STUNTS” kaskadyor komandası öhtəsinə götürüb. Qeyd edək ki, “NOMAD STUNTS” kaskadyor komandası bir çox dünyaca məhşur filmlərin döyüş səhnələrini icra ediblər. O cümlədən qardaş Türkiyədə “Diriliş Ertuğrul”, “Mehmed Bir Cihan Fatihi” kimi irihəcmli filmlərin döyüş səhnələrini canlandırıblar. Hal hazırda “Tomris” filminin çəkilişində yaxından iştirak edirlər.
Peşəkar kaskadyor komandasının əkşın səhnələrini, döyüş səhnələri üzrə quruluşçu operator Elvin Askerov peşəkarlıqla lentə alacaq.
Peşəkar qrafist Famil Əsədov (LİMAF) “Babək 2020” filmində qrafika səhnələrini öz öhtəsinə götürüb. O qeyd edib ki, dünya tələblərinə cavab verən qrafika işi ortaya qoymaq iqtidarındayıq. Və film Azərbaycan tarixini dünyaya çatdıracaq potensialda olacaq.
“Babək 2020” filminin PR Meneceri Vüqar Səfərlidir.

Leave a comment

en_USEnglish
azAzerbaijani en_USEnglish