AMEA Memarlıq və İncəsənət İnstitutunun “Teatr, kino və televiziya” şöbəsinin müdiri Vidadi Qafarov deyir ki, çətin tərbiyə olunan uşaqların tərbiyə oluması üçün metodik vəsaitlərin hazırlanması vacib məsələdir

2019-01-23T17:08 xeber -“Azərbaycan pedaqogikası və teatrşünaslığında çətin tərbiyə olunan uşaqlar və uşaqların teatr tərbiyəsi ilə bağlı metodiki vəsaitlər az saydadır”. Sputnik Azərbaycan xəbər verir ki, bunu Sputnik Azərbaycan Multimedia Mərkəzində gənc nəslin tərbiyə problemləri mövzusunda keçirilən tədbirdə AMEA Memarlıq və İncəsənət İnstitutunun “Teatr, kino və televiziya” şöbəsinin müdiri Vidadi Qafarov deyib.

Çətin tərbiyə olunan uşaqların tərbiyə oluması üçün metodik vəsaitlərin hazırlanması vacib məsələdir. O cümlədən, məktəblərdə teatr sənəti fənninin tədrisi də bu işə töhfə verə bilər. Teatr sənətinin tədris olunması uşaqların nitq qabiliyyətinin yüksəlməsinə, ədəbiyyata və teatra marağının artırılmasında müsbət təsir göstərə bilər – V.Qafarov bildirib.

  • Sputnik.az

433 Comments

Leave a comment

azAzerbaijani