19 filmi barədə Zaur Tahirsoy öz facebook səhifəsində paylaşım edib. Belə ki, Zaur Tahirsoy Koronavirus haqqında film çəkəcəyini qeyd edib.  Filmin adı qurandan götürülüb. Müddəsir surəsinin 30 cu ayəsində “Onun üzərində 19 vardır” yazılıb. Zaur Tahirsoy koronavirus haqqında film olan 19 filminin ssenarisi haqqında bunları qeyd edib.

“Hadisələr 2030-cu ildə cərəyan edir. Ya da 2025 (dəqiqləşdirərəm sonra). Dünyanın 30 faizi dünyasını dəyişib. Varlılar köçüb marsa. Qalanlar isə evlərindədir. Ev də dediyim nə? Qapalı sığınacaq. Heç kim risk edib çölə çıxmayacaq.

2020-nin növbəti sürprizlərinə havada zəhərlənmənin olmasını da əlavə edəcəm. Dolları düşürdəcəm 50 qəpiyə. Bitcoin əsas valyutam olacaq. Ya da Azərbaycana özəl kripto valyuta icad edəcəm. Misal, atıram, Asancoin. Nə bilim baxaram vəziyyətə. 2020 5-dirsə 5-ini də üzərinə qoyacam. Əlimdə deyil?…

Aralarında proqramçı, kimyagər və şahmatçının da olduğu 5 nəfər dünyanı xilas etməyə çalışacaq. Bunu həmişə amerikanlar etməyəcək ki. Süjet xətti bir otaqda baş verən hadisələrdən ibarət olacaq. Xüsusi bir dərman kəşf edəcəm ki, onu içən bir ay acmayacaq və s.

Filmə macəra, triller, mistik, biraz da romantika və dram janrını əlavə etdimsə dadından yeyilməz. Özü də internetdən yayımlayacağam acığa 😀

Qoy bu pandemiya bitsin hələ 😉

İdeyanın oğurlana biləcəyi barədə rəy bildirənlərə Zaur Tahirsoy,

“- Ölümlü dünyadı. ideyaları bazara çıxarım bəlkə investr tapıldı .
Həm tanıyanlar bilir ki, idea cəhətdən kasıb biri deyiləm) elə o üzdən oğurlanması kimi qorxum yoxdu.”

deyə cavab verib.

Leave a comment

azAzerbaijani
en_USEnglish azAzerbaijani