Yaxın gələcəkdə Azərbaycan kinosunun dünya səviyyəsinə çıxacağına inanıram. Ölkədə baş verən reformlar bunun ilkin xəbərçisidir. Gənclər üçün açılan bu yol kino sahəsinə də mübət təsir edəcək. Bu sahədə müsbət təcrübəmizi bölüşməyə hazırıq.

Bu gün “Sayrışan İşıqlar” internet serialı barədə  müsbət rəyləri öncədən bilirdim və layihə məhz buna hesablanmışdı. Açığı iş, potensialın heç 10 faizi olmasa da az miqdarda olan büdcəsini və şəraitini nəzərə alsaq ümumi kino sahəsi üçün çox yüksək göstəricidir.

Bu layihə ilə Azərbaycan kinosu üçün bir şam yandırdım. İstedadı olan gənc rejissor və aktyorları bu şamın ətrafına dəvət edib, “birlikdən dirilik doğar” misalı ilə əl-ələ verib Azərbaycan kinosunun taleyini müsbət mənada dəyişəcəyik. Kinonu bizə irs saxlayan yaşlı nəslin nümayəndələrinin hörmətini saxlayaraq onların da təcrübələrini müasir Azərbaycan kinosuna tətbiq edəcəyik. 2020 Azərbaycan kinosunun dirçəliş ili olacaq.

Hazırda “İnternet serialı” layihəsi çərçivəsində komediya, dedektiv və sırf yeniyetmələrə xitab edəcək filmlər üzərində çalışırıq. 2020-ci ilnin ilk yarısında onları da izləyicilərə təqdim edəcəyik.

Zaur Tahirsoy Sosial-psixoloq, kinorejissor

azAzerbaijani