Aktyor sözünün kökü “akt” dır. Yəni hərəkət. Yaşadığı müddətdə hər bir insan bbir obrazı canlandırır. Obrazına uyğun olaraq münasibətlərini tənzimləyir. 

Bu yanaşma ilə hər bir insan aktyordur. Yəni hər hansı aktı icra edən. Çox təəssüf ki, Azərbaycan filmlərində rol alan “aktyorların” əksəriyyəti öz obrazını canlandırır. 

Aktyorluq “standar” və “ekstra” adlı iki hissəyə bölünür. Standar aktyorluq hər bir insanın rutin həyatında istifadə etdiyi obrazıdır. Ekstra aktyorluq isə illərdir canlandırdığı obrazı tərk edərək tamam başqa, özünə yad olan bir obrazı canlandırmaqdır. Bax əsl aktyorluq sənəti budur. Və bu insanın dərisinin soyulması qədər çətin prossesdir. Eksta aktyorun aşağıdakı xüsusiyyətləri olur.

  • Elastic- Yəni obrazlar arasında asanlıqla keçid edə bilir.
  • Self control – obrazı canlandırarkən bütün bədən hərəkətləri, hətta göz qırpmalarına belə nəzarət edə bilmək.
  • Playing with image – Verilən obrazla oynamağı bacarmaq aktyorun ən önəmi şərtlərindən biridir. Bu məqamda aktyorun xüsusi istedadı üzə çıxır.
  • Unusual – Obraza incəlik və qeyri-adilik qatmaq. İzləyici hər gün gördüyü obrazları efirdə görmək istəmir. 

Sadalananlar aktyorluq sənətinin sadəcə bir neçə sirridir. Aktyorluq daha dərin və unikal sənətdir. Aktyor olan şəxs üçün hər bir film meydançası bir akademiya hesab edilir. Bu halda özünü rejissora tabe etməyi bacarmalı və verilən obrazı dərk etməlidir. 

 

Sosial psixoloq, kinorejissor Zaur Tahirsoy

 

Leave a comment

en_USEnglish
azAzerbaijani en_USEnglish