Azərbaycan Film Akademiyası, Postmodern Aktyorluq Məktəbində keçən il (2022) aktyor sənəti üzrə qabiliyyət imtahanına hazırlaşan 17 tələbədən 15-i aktyorluq qabiliyyət imtahanını uğurla keçib. Həmin pozitiv təcrübəni bu il İncəsənət Universiteti aktyorluq sənəti qabiliyyət imtahanına hazırlaşanlarla bölüşür.
İncəsənət universiteti aktyorluq fakültəsi qabiliyyət imtahanı diqqət edilməsi gərəkən bir neçə nüanslar var. Aktyorluq qabiliyyət imtahanı yaradıcılıq və aktyorluq qabiliyyətinin imtahanıdır. Aktyorluq isə komplekssizlik tələb edir. birinci növbədə imtahan gərginliyini müəllimlərə yansıtmamaq lazımdır. Əks təqdirdə aktyorluq qabiliyyət imtahanı uğursuz bitəcək.
İkinci növbədə nitq və səs tonudur. Səs tonunda maksimum özgüvənli olduğunuz hiss edilməlidir. C və Ç hərflərinin tələffüzünə xüsusi diqqət yetirmək lazımdır. Bunun üçün imtahan öncəsi səs və səhnə danışığı məşğələlərini yerinə yetirmək lazımdır.
Üçüncü nüans musiqinin düzgün seçimidir. Türk və müasir pop musiqiləri deyil klassik Azərbaycan mahnılarına müraciət etmək lazımdır. Daha sonra səsinizə uyğun musiqi seçimi çox önəmlidir. İmtahandan öncə vokal dərslərinə qatılmağınız ən vacib nüanslardan biridir.
Dördüncü monoloqa düzgün şəkildə hazırlaşmaq vacibdir. Aktyorluq qabiliyyət imtahanı sırf monoloqa görə bal müəyyən edilir. Aktyorluq qabiliyyət imtahani zamanı düzgün monoloq seçilməli və aktyor sənəti təlimçisi tərəfindən düzgün işəməlidir.
Təmsil və şer də aktyorluq imtahanının balını müəyyənləşdirən əsas amilərdəndir. Əgər özünüz evdə hazırlasanız keçmə şansınız aşağı düşür. Bunun üçün imtahan üzrə tələbə hazırlayan mütəxəssisə müraciət etməyiniz şərtdir.
Bunun kimi bir çox detallar var. Ən vacibi imtahana psixoloji hazırlıqdır. Azərbaycan Film Akademiyası, Postmodern Aktyorluq Məktəbi qabiliyyət imtahanına hazırlaşan tələbələrə uğurlar arzulayır.